Azərbaycan Riqa sammitinin qətnaməsini imzalamqdan imtina edib

17:59 | 22.05.2015
Azərbaycan Riqa sammitinin qətnaməsini imzalamqdan imtina edib

Azərbaycan Riqa sammitinin qətnaməsini imzalamqdan imtina edib

Azərbaycan Riqa sammitinin yekun qətnaməsini imzalamadığından sənəd hələ qəbul edilməyib.

"Report" "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bunu Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç bildirib.

Onun sözlərinə görə, qətnamə " bu gün bir az gec, ya da artıq başqa sammitdə imzalanacaq".

Avroparlamentin başçısı Martin Şults məsələni şərh edərək, informasiyanı təsdiqləyib: "Danışıqlar ərzində Azərbaycan təmsilçiləri qətnaməni bu şəkildə qəbul olunmasına, o cümlədən Krımın ilhaqı məsələsi ilə razılaşmayıblar".

Mütəxəssislər Azərbaycan nümayəndə heyətinin etirazına münasibət bildirərkən, bunun işğal alıtnda olan Dağlıq Qarabağla əlaqədar olduğunu vurğulayıblar. Onların qənaətincə, onlar qətnaməyə Azərbaycanın torpaqlarının, Dağlıq Qarabağın da işğal olunmasının da sənəddə öz əksinin tapmasını istəyirlər.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM