Azərbaycan Riqada 40 milyona loqistika mərkəzi tikəcək

17:09 | 06.04.2015
Azərbaycan Riqada 40 milyona loqistika mərkəzi tikəcək

Azərbaycan Riqada 40 milyona loqistika mərkəzi tikəcək

Starptautiskā lidosta Rīga (RİX) DSC və Silk Way Investment LV şirkəti 5,5 hektar sahədə Riqa beynəlxalq aeroport ərazisində Orta və Kiçik Asiyadan yüklərin loqistika mərkəzini tikmək barədə müqavilə bağlayıblar.

Son illərdə ən iri investor Latviyaya Bakıdan gəlib, layihəyə yatırım 40 milyon avro məbləğində dəyərləndirilir, "İpək yolu” gömrük brokerlərinə ilk yüklər təxminən iki il sonra gələcək.

Oxu.Az xəbər verir ki, Riqa aeroportunun kommunikasiya üzrə direktoru Sarmite Rinmane "Biznes-VESTİ” qəzetinə bildirib ki, investor mərkəzin istismarına 2017-ci ildə başlamağı planlayır.

Latviyanın müəssisələrinin reyesterinin məlumatına əsasən, Silk Way Investment LV şirkətinin payının 100%-i Bakının H.Əliyev adına beynəlxalq aeroportunda qeydiyyatdan keçmiş Silk Way Development şirkətinə mənsubdur.

Qeyd edilib ki, Silk Way holdinqi çoxdandır ki, Mərkəzi Avrasiyada karqo-yükdaşımanı inkişaf etdirir.

Bakı yük terminalında əməliyyatları idarə edən və milli aviadaşıyıcı Azerbaijan Airlines-in (AZAL) ən əsas tərəfdaşlarından biri əsasən Silk Way Airlines şirkətidir. Riqa aeroportu və DSC airBaltic Сorp. AZAL ilə bir neçə ildir ki, sərnişin daşıma sahəsində əməkdaşlıq edir, yay mövsümündə Riqa-Bakı reyslərini həyata keçirir.

İki il sonra Riqa-Bakı-Riqa marşrutu üzrə daşınacaq yüklərin kateqoriyası və Riqa aeroportunun AZAL üçün Avropada baza meydanı olacağı barədə heç bir məlumat verilməyib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM