Azərbaycan elmi nəşrlərinin beynəlxalq bazalara inteqrasiyası davam edir.
ANN.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi nəşrlərindən "Azərbaycan Riyaziyyat jurnalı" "Thomson Reuters" şirkətinin "Emerging Sources Citation Index" bazasına daxil olub. "Azərbaycan Riyaziyyat jurnalı" "ISI-Thomson Reuters"in genişləndirilmiş siyahısına – "Master Journal List"ə düşüb.
Jurnalın baş redaktoru, AMEA-nın müxbir üzvü Bilal Bilalova şirkət tərəfindən ünvanlanmış məktubda dünya elm birliklərinin maraq dairəsində olan mövzular istiqamətində yazılmış materialların jurnalda çoxluq təşkil etdiyi bildirilir.
2011-ci ildə Azərbaycan Riyaziyyat Cəmiyyəti tərəfindən təsis edilən "Azərbaycan Riyaziyyat" jurnalı ildə iki dəfə olmaqla, yanvar və iyul aylarında buraxılır. Hər nömrədə 10 və ya 11 məqalə dərc olunur ki, onlar, əsasən 2 müstəqil rəydən keçirilir. Yarandığı vaxtdan bu günə kimi 94 məqalə çap olunub. Jurnalda ABŞ, Kanada, Danimarka, Avstraliya, Türkiyə, Rusiya, Ukrayna, Çin, Hindistan, İsrail, Hollandiya və digər ölkələrdən olan alimlərin də məqalələri nəşr olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !