İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo gənclər və idman naziri Azad Rəhimovla söhbət zamanı Azərbaycanın “Roma” və ya “Latsio” futbol klublarından birinin sponsoru olmasını təklif edib. Bu söhbət 22-23 noyabrda Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyası çərçivəsində Azad Rəhimovla Covanni Malaqonun görüşü zamanı baş tutub.“İnterfaks”ın bu haqda yaydığı məlumata görə, Covanni Malaqo bu təklifini bu iki komandanın formasında heç bir sponsorun reklamının olmamasıyla izah edib.Məsələ burasındadır ki, Azərbaycanın xarici futbol klublarına sponsorluq etməsi və bunun müqabilində həmin komandanın formasında ölkəmizin reklamı praktikası var. Məsələn, Madridin “Atletiko” klubunun futbolçuları meydana üzərində “Azərbaycan” yazılmış forma ilə çıxırlar.Bundan başqa, azərbaycanlı iş adamı, daha çox nəqliyyat nazirinin şəriki və “Hafka” ləqəbilə tanınan Hafiz Məmmədov Fransanın “Lans” futbol klubuna sponsorluq edir.//azadliq.info/
Bizi sosial şəbəkələrdə izləyin !