Azərbaycan-Rusiya sərhədində avtomobil tıxacı yaranıb. Hazırda onun səbəbləri araşdırılır.
anews.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Azərbaycan və Dağıstan sərhədində avtomobillərin hərəkəti xeyli çətinləşib, tıxac yaranıb”, - deyə məlumatda bildirilir.
Əraziyə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları cəlb olunub.
Səhər saatlarında Azərbaycanda hərbi hissənin ərazisində baş verən partlayış səbəbindən Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılıb. Lakin axşam saatlarında məhdudiyyət aradan qaldırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !