Azərbaycan-Rusiya ticarət dövriyyəsi 6% artıb

22:32 | 18.05.2022
Azərbaycan-Rusiya ticarət dövriyyəsi 6% artıb

Azərbaycan-Rusiya ticarət dövriyyəsi 6% artıb


2022-ci ilin ilk 4 ayında  Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 893 milyon 466,71 min ABŞ dolları təşkil edib ki, bu da bir il əvvəlkindən 6,4% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK)  məlumat verilibi. 

2022-ci ilin birinci rübünün yekunlarına görə, ticarətdə artım 7,9% təşkil edirdi.

Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi apreldə  262 milyon 93,62 min dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-apreində Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 5,63%-ni Rusiya ilə ticarət əməliyyatları təşkil edib.

Azərbaycan məhsullarının Rusiya Federasiyasına ixracı 198 milyon 866,72 min dollar (+0,6%) olub. Bu ilin birinci rübünün yekunlarına görə, Rusiya Federasiyasına ixracın artımı 14,7% təşkil edib. Ümumilikdə Rusiyaya ixracın 1,68%  Azərbaycanın payına düşüb. 

Apreldə Azərbaycandan Rusiyaya ixrac 43 milyon 685,77 min dollar təşkil edib.

Yanvar-apreldə Azərbaycana Rusiya məhsullarının idxalı 694 milyon 579,99 min dollar (+8,2%) olub. . Birinci rübün yekunlarına görə, Azərbaycana idxal 5,8% artıb. Azərbaycana mal idxalının ümumi həcmində Rusiyadan idxalın payı 17,19 faiz təşkil edib.

Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin ilk 4 ayında Azərbaycanın Rusiya Federasiyası ilə ixrac-idxal münasibətlərində mənfi saldosu 495 milyon 713,27 min dollar təşkil edib.

Əvvəllər məlumat verildiyi kimi, 2021-ci ildə Azərbaycan-Rusiya ticarət dövriyyəsi 2 milyard 995 milyon 131,31 min dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 12,1% çoxdur.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM