"Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiyanın "Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında imzalanan müqaviləyə əsasən Azərbaycana yük vaqonlarının gətirilməsi davam edir.
"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "APA-Economics”ə verdiyi məlumata görə, artıq vaqonlardan 275-i Azərbaycana göndərilib.
Qurum rəsmisinin sözlərinə görə, bağlanan müqaviləyə əsasən 2900 yük vaqonlarının hamısı ilin sonuna kimi Azərbaycana hissə-hissə göndəriləcək.
Qeyd edək ki, bu ilin mart ayında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Rusiyanın F. Dzerjinski adına "Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko arasında baş tutan görüşü zamanı "Uralvaqonzavod”dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !