2023-cü ildə Azərbaycan Rusiya Federasiyasından buğda alışını 0,9% artıraraq 1 milyon 17,453 min tona çatdırıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
2023-cü ildə Rusiya Azərbaycana 250 milyon 412,49 min dollar (azalma 25,8%) buğda ixrac edib.
Belə ki, Rusiya buğdası Azərbaycana 1 ton üçün 246,11 dollardan (bir il əvvəl 334,79 dollar) ixrac olunub.
2023-cü ildə Qazaxıstandan Azərbaycana buğda ixracı 51 milyon 77,93 min dollar (azalma 46,7%) məbləğində 152,405 min ton (azalma 46,6%) təşkil edib.
Orta hesabla bir ton Qazaxıstan buğdası Azərbaycana 335,14 dollara (bir il əvvəl 342,12 dollar) başa gəlib.
Ümumilikdə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.
Əvvəllər bildirildiyi kimi, 2023-cü ildə Azərbaycana buğda idxalı 1 milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !