Azərbaycan Rusiyanın «Luçnik-E» zenit-raket kompleksləri ilə maraqlanır

22:00 | 14.08.2014
Azərbaycan Rusiyanın «Luçnik-E» zenit-raket kompleksləri ilə maraqlanır

Azərbaycan Rusiyanın «Luçnik-E» zenit-raket kompleksləri ilə maraqlanır

APA-nın məlumatına görə, bunu «Arms-TASS» agentliyinə açıqlamasında «Oboronekspo-2014» sərgisində Rusiyanın Maşınqayırma Konstruktor Bürosunun nümayəndəsi Georgi Kuzık bildirib. Yeni zenit-raket kompleksi (ZRK) köhnəlmiş «Strela-10» ZRK-lərin əvəz edilməsi üçün yaradılıb. Yaxın vaxtlarda sistemin seriyalı istehsalına başlanılacaq. Yeni ZRK-də «Strela-10» kimi MT-LB maşınlarının şassisi üzərində yerləşir. Sistemin silahlanmasında «İqla-S» raketləri tətbiq olunur. «Luçnik-E» ZRK-lərə Azərbaycanla yanaşı, Türkmənistan və Qazaxıstan da marağını ifadə edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM