Azərbaycan Rusiyaya 1 milyard dollar yatırıb

10:43 | 24.11.2015
Azərbaycan Rusiyaya 1 milyard dollar yatırıb

Azərbaycan Rusiyaya 1 milyard dollar yatırıb


Azərbaycan kapitalı fəal surətdə Rusiya bazarına daxil olmaqdadır. Azərbaycan Dövlət Neft Fondu, «Azərsun-Holdinq» və «Mətanət-A» şirkətlər qrupu bu sahədə ön sıradadırlar. 

Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Dorokhin «Mir diplomatii» jurnalına müsahibəsində deyib:

«İlk baxışda inanılmaz görünür, amma Azərbaycandan Rusiyaya kapital yatırımının həcmi artıq təqribən 1 milyard ABŞ dolları təşkil edir. Bu, Rusiyanın Azərbaycana yatırdığı vəsaitdən çoxdur». 

V.Dorokhin müsahibəsində xatırladıb ki, Rusiyanın ən iri avtomobil şirkəti «KamAZ» aprel ayında Gəncə Avtomobil Zavodunda avtomobillərin yığılmasına başlayıb. Səfir iki ölkənin vaqon və texnikanın digər növlərini istehsal etmək planları olduğunu da bildirib: «Bu, sadəcə, əmtəə mübadiləsi deyil. Yaxınlaşmanı və uzunmüddətli perspektivdə bir-birinə istiqamətlənməyi nəzərdə tutan istehsalat kooperasiyasıdır. Azərbaycan ilə əməkdaşlığın belə inkişafı Rusiyanın maraqlarına tam cavab verir». (AzərTac)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM