2015-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan MDB ölkələrinə ixrac 43% azalaraq 407,2 milyon dollar təşkil edib.
Oxu.Az Azərbaycan Dövlət Gömrük Komitəsinin cari ilin yanvar-oktyabr ayları üçün hazırladığı hesabata istinadən xəbər verir ki, idxal isə 0,9% azalaraq 1 milyard 640 milyon dollar olub. Azərbaycanın ümumi ixracının 4,17%-i, idxalın isə 22,04%-i MDB ölkələri ilə ticarət əməliyyatlarının payına düşüb.
Bundan başqa, Rusiyaya ixrac illik 40,7% azalaraq 322,3 milyon dollar, idxal isə isə 16,9% artaraq 1 milyard 212,7 milyon dollar təşkil edib. Rusiyaya ixrac Azərbaycandan cəmi ixracın 3,3%-ni, idxalın isə 16,3%-ni təşkil edib.
Qeyd edək ki, ötən ilin anoloji dövründə MDB ölkələrinə ixracın həcmi 713,8 milyon dollar, idxalın həcmi isə 1 milyard 655 milyon dollar olub. Rusiyaya gəldikdə isə bu ölkəyə ixracın həcmi ötən ilin anoloji dövründə 543 milyon 567 min dollar, idxalın həcmi isə 1 milyard 37,8 milyon dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi illik müqayisədə 35,21% azalaraq bu ilin yanvar-oktyabr ayları ərzində 17 milyard 205,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 1,08% artaraq 7 milyard 440,9 milyon dollar, ixrac əməliyyatlarının həcmi isə 49,13% azalaraq 9 milyard 765 milyon dollar olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !