Azərbaycan Sahibkarlar Konfederasiyasına baş katib təyin edilib

18:30 | 21.11.2022
Azərbaycan Sahibkarlar Konfederasiyasına baş katib təyin edilib

Azərbaycan Sahibkarlar Konfederasiyasına baş katib təyin edilib

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) baş katib təyin edilib.

Sözügedən vəzifə Kristina Məmmədovaya həvalə olunub.


O, indiyə qədər həmin vəzifəni müvəqqəti icra edib.


ASK 1999-cu il martın 5-də təsis edilib, həmin il aprelin 9-da dövlət qeydiyyatından keçib. Qurum işəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.(report)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb