Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən "Dubai Open" beynəlxalq turnirinin qalibi olub.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, son tura lider kimi başlayan qrossmeyster yekun partiyada heç-heçə oynayıb. 9-cu turda M.Muradlı çinli Dai Çanqrenlə xalı yarı bölüb.
Turnirdə 6,5 xal toplayan Azərbaycanın digər iti zəka sahibi Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə şahmatçı 6-cı yeri tutub.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda Məhəmməd Muradlını qələbə münasibətilə təbrik edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 