ANN.Az-ın fotoqrafı bu yaxınlarda İran İslam Respublikasında olub və Azərbaycanın qədim şəhərlərindən sayılan Təbrizdə tarixi yerlərdən fotosessiyalar hazırlayıb.
Oxuculara təqdim olunan bu fotolar Azərbaycanın klassik poeziya dahilərinin də uyuduğu Şairlər Məqbərəsidir. Burada Qətran Təbrizi, Əfzələddin Xəqani, həmçinin XX əsrin görkəmli şairi Məhəmmədhüseyn Şəhriyar dəfn olunub.
Maraqlı məqamlardan biri odur ki, yalnız Qətran Təbrizinin adına hazırlanmış lövhədə onun Azərbaycan-fars şairi olduğu yazılıb. Əfzələddin Xəqanınin adına olan lövhədə onun Şirvandan olduğu göstərilsə də, fars şairi kimi təqdim olunub.
Fotoların müəllifi Orxan Əzimdir.
ANN.Az
Daha çox Məmmədhüseyn Şəhriyarın məzarı kimi tanınan Şairlər məqbərəsi. Qətran Təbrizi əfzələddin Xaqani və bir cox Azərbaycan şairləri burda dəfn olunmuşdur. Təbriz 2014