Azərbaycan sədrliyi İrana təhvil verdi

15:32 | 26.11.2013
Azərbaycan sədrliyi İrana təhvil verdi

Azərbaycan sədrliyi İrana təhvil verdi

İranın paytaxtı Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası keçirilir.APA-nın “İSNA”-ya istinadən verdiyi məlumata görə, “Azadi” hotelində keçirilən toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İƏT XİN Şurasına sədrliyi bir il müddətinə İrana təhvil verib. Bundan sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qısa çıxış edib və prezident Həsən Ruhaninin çıxışı ilə yığıncaq öz işinə başlayıb. Quruma üzv ölkələrin xarici işlər nazirləri İranla “altılıq” ölkələri arasında əldə olunmuş nüvə razılaşmasından məmnun qaldıqlarını ifadə edərək öz təbriklərini çatdırıblar. İran xarici işlər naziri onlara Cenevrə razılaşması barədə məlumat verib. Qeyd edək ki, iclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. İƏT XİN Şurasının iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan və İran nümayəndələri iştirak edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti