Azərbaycan səfiri etimadnaməsinin surətini Ukrayna XİN-ə təqdim edib

22:24 | 09.06.2023
Azərbaycan səfiri etimadnaməsinin surətini Ukrayna XİN-ə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Ukrayna XİN-ə təqdim edib

Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsinin surətini Ukraynanın xarici işlər nazirinin müavini Yevgeni Perebyinisə təqdim edib.

Bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyi feysbuk hesabında məlumat yayıb.

Prezident İlham Əliyevin mayın 23-də imzaladığı Sərəncamla Seymur Qurban oğlu Mərdəliyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb