Azərbaycan səfiri İrana zərbələr endirmək üçün İsrailə yardım edilməsi barədə məlumatları təkzib edib

21:13 | 10.03.2023
Azərbaycan səfiri İrana zərbələr endirmək üçün İsrailə yardım edilməsi barədə məlumatları təkzib edib

Azərbaycan səfiri İrana zərbələr endirmək üçün İsrailə yardım edilməsi barədə məlumatları təkzib edib

İsrail Müdafiə Qüvvələrinin İrana hücum edəcəyi təqdirdə Azərbaycanın hava limanlarından yanacaqdoldurma bazası kimi istifadəsinə icazə verilməyəcək. Bunu "Jerusalem Post” qəzetinə müsahibəsində Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov deyib.


"Azərbaycan əvvəldən bəyan edib ki, başqa dövlətlərin daxili işlərinə qarışmayacaq və öz ərazisindən başqa dövlətlərə qarşı istifadə olunmasına imkan verməyəcək", - Muxtarov bildirib.
 
Səfir əlavə edib ki, Bakı digər ölkələrin Azərbaycanın daxili işlərinə qarışmayacağını gözləyir.


Məmmədov mətbuatda İsrail üçün yanacaqdoldurma bazası olması ilə bağlı yalan xəbərləri adlandırıb.
 
Jerusalem Post qeyd edir ki, İsrailin İrandakı hədəfləri vurub geri qayıtmaq üçün lazım olan təxminən 1900 km məsafəni qət edə biləcək reaktiv təyyarələri yoxdur və onlar yanacaq doldurmaq üçün dayanmalı olacaqlar. İsrail bu problemi həll edə biləcək dörd KC-46 tanker təyyarəsi almalıdır, lakin onlar yəqin ki, 2025-ci ilə qədər çatdırılmayacaq.

Bundan əvvəl "Haaretz” nəşri Bakının İranın nüvə obyektlərinə hücum etmək qərarı verəcəyi təqdirdə İsrailə kömək etmək üçün aerodrom hazırladığı barədə məlumat yayıb.

Bir gün əvvəl İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə görüşündən sonra bildirmişdi ki, İranın nüvə silahına sahib olmaq istəyi İsraildən istənilən hərəkətə hazır olmağı tələb edir. Nazirin sözlərinə görə, təcili və vacib qərarlar qəbul etmək üçün doğru zamandır.

Fevralda İsrailin baş naziri Benyamin Netanyahu demişdi ki, İran "real hərbi təhlükə” və ya "real hərbi əməliyyat” olmadığı təqdirdə nüvə dövlətinə çevriləcək.

Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb