"Qərardan sonra işi Ali Məhkəmə təsdiqləyib. İş icraata götürülməsi üçün Tehranın Cinayət Məhkəmələrinə göndərilib və zərərçəkən tərəfin valideynləri gəlib qisas tələb edən kimi növbəti addımlar atılacaq", - o bildirib.
Oktaybrın 2-də Azərbaycan televiziyası açıqlama yayaraq bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən Yasin Hüseynzadə barəsində İranın Ali Məhkəməsi tərəfindən edam hökmü çıxarılıb.
Tehrandakı terror hadisəsindən sonra Tehranın polis rəisi vəzifəsindən uzaqlaşdırılıb.
Avqustun 8-də İranın baş prokurorunun müavini Mehdi Əmiri İsfahani Azərbaycanda baş prokorur Kamran Əliyevlə görüşündə məlumat verərəkən bildirib ki, Tehranda Azərbaycan səfirliyində baş vermiş terror aktının istintaqı qısa zamanda tamamlanacaq və təqsirli şəxslər layiqli cəzasını alacaq.
İyulun 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da açıqlama verərək bildirib ki, Tehranda Azərbaycan səfirliyində törədilən cinayətin
səbəbkarına ağır və şiddətli cəza veriləcək.
Bakı ilə Tehran arasında münasibətlər 2023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.
Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !