Azərbaycan sənətkarlarından eksklüziv hədiyyələr yarmarkası - FOTOLAR

15:56 | 16.12.2014
Azərbaycan sənətkarlarından eksklüziv hədiyyələr yarmarkası - FOTOLAR

Azərbaycan sənətkarlarından eksklüziv hədiyyələr yarmarkası - FOTOLAR

Lyubov Qasımova

13-14 dekabrda Mərdəkan qəsəbəsində müvəffəqiyyətlə eksklüziv əl məmulatlarının yeni il yarmarkası keçirildi.

"Art studio de Mary" şokolad mağazasının direktoru Ella Bağırova artıq 4-cü dəfədir, öz studiyasının qapılarını gülərüzlə sənətkarların üzünə açır ki, bizim vətəndaşlarımız öz yaxınlarlarına və dostlarına həqiqətən çox gözəl yeni il hədiyyələri almaq imkanı əldə etsinlər, yeni ili şən ovqatda keçirsinlər və iki ay boyunca hazırladıqları əl işlərini sata bilsinlər.

Burada nələr yox idi. Bizim istedadlı ustalarımızın o qədər müxtəlif səpkili əl işləri yarmarkada təqdim edilmişdi ki, bilmirdin hansına tamaşa edəsən. Ziyarətçilər bir masadan digərinə keçərkən gördükləri hər şedevrə heyran qalırdılar. Burada heç bir məmulat digərini təkrarlamırdı. Bütün işlər ekoloji cəhətdən təmiz idi, bu da bizim zamanda razılaşın ki, çox aktualdır. Axı yun saplardan, bezdən tikilmiş oyuncağı cəsarətlə uşaqlara oynamağa vermək olar, çünki biz tamamilə əminik ki, bu oyuncaqlardan onlara heç biri zərər dəyməyəcək. Bu sizinçün Çin malları deyil.

Bəzi ustalarla mən artıq bir ildir tanışam, digərlərilə bu yaxınlarda tanış olmuşam, burada yeni il yarmarkasında isə yeni üzlər gördüm, onlarla tanış oldum. "Azərbaycan əl işi ustaları" qrupu yeni iştirakçıları həmişə səmimiliklə qəbul edir. Burada onları xoş ünsiyyət, məsləhətlər, öz işlərinin yerləşdirilməsi, yeni əl işinin öyrənilməsi və başqa şeylər gözləyir. Bu qrupun qadınları və qızları xeyirxahdır, həssasdır və pozitivdirlər.

Yeni il yarmarkası iki gün keçdi. Bütün bu vaxt ərzində qonaqlar mağazaya gəlirdilər və öz yaxınları üçün hədiyyələr seçirdilər. Ustalar naxışlı qab-qacaqlar, təbii sabun, bijuteriya, toxunma oyuncaqlar, yağla çəkilmiş rəsmlər, akril, keramika və şüşə məmulatlar təqdim etdilər. Ustalar yeni il mövzusuna dair də işlər hazırlamışdılar, bu işlər öz parlaqlığı ilə digərlərindən fərqlənirdi, axı söhbət Yeni İldən gedir!

Studiya de Mari bər-bəzəkli və baxımlı görünürdü. Bu, əlbəttə, dizayner Ella Bağırovanın xidmətidir. Bu, aydındır, çünki onun əla zövqü var. O, mağazanın, sərginin və ya yarmarkanın dizaynına həmişə fantaziya ilə yanaşır və istənilən tədbirə diqqət cəlb edə bilir.

Həmişəki kimi studiyada isti çay və şirniyyatlar var idi. Ustalar fasilə verib, öz fikriylə bölüşə və qəlyanaltı edə bilərdilər. Burada mülayim dostluq abu-havası var idi.

ANN.Az
 
























0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti