Aviabilet, hotel və avtomobil kirayəsi xidmətləri üzrə fəaliyyət göstərən "Skyscanner" beynəlxalq saytı bu ilin yay mövsümünün 50 ən populyar istiqamətləri üzrə biletlərin qiymətini təhlil edərək, onları sentyabr ayı ilə müqayisə edib. Məlum olub ki, bu dövrdə aviauçuşlarda 33% qənaət etmək mümkündür.
anews.az Report-a istinadən xəbər verir ki, sentyabrda (avqust ayı ili müqayisədə) səfər etmək üçün ən əlverişli istiqamət Latviyadır. Rusiyadan bu ölkəyə sentyabr ayı üçün biletin dəyəri üç dəfə ucuzdur.
İkinci və üçüncü yeri müvafiq olaraq Azərbaycan və Ermənistan tutub. Belə ki, sentyabrda bu ölkələrə səfər edənlər müvafiq olaraq 28% və 24% qənaət etmiş olacaqlar.
Siyahının dördüncüsü ABŞ olub. Avqust ayı ilə müqayisədə bu ölkəyə səfərin qiyməti sentyabrda 23% daha ucuzdur. Reytinqdə 5-ci isə 21% qənaət etməyə imkan verən İsveç olub.
Sentyabrda çimərlik istirahəti üçün ən sərfəli istiqamətlər Maldiv (-18%), Vyetnam (-18%), Malta (-16%), Bolqarıstan (-14%), Fransa (-14%) və BƏƏ (-13%) müəyyən edilib.
Qeyd edək ki, "Skyscanner" 2003-cü ildə təsis edilib. Hər ay 50 mln. səyahətçiyə səfərini planlaşdırmağa kömək edir. Şirkətdə 800-dən artıq işçi 10 beynəlxalq ofisdə - Barselona, Pekin, Budapeşt, Edinburq, Qlazqo, London, Mayami, Şençjen, Sinqapur və Sofiyada çalışır. "Skyscanner" "Ctrip group"un tərkibinə daxildir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !