Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) may ayının 5-dən 8-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2015 Beynəlxalq Müdafiə Sənayesi sərgisində 184 adda müdafiə təyinatlı məhsul nümayiş etdirəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə "AzeriDefence”ə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
MSN müəssisələrində yaradılan və istehsal olunan məmulatların nümayişi məqsədilə müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.
Sərgisi çərçivəsində Yavər Camalovun Türkiyənin və bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !