Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti açıqlanıb

12:43 | 01.02.2014
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti açıqlanıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti açıqlanıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi açıqlanıb.Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, 1 fevral 2014-cü il tarixinə Fondun manat hesabındakı vəsait 51 691 129 manat (əvvəlki ilə müqayisədə 936 615 manat artıb), ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar (6000 dollar artım), Avro hesabındakı vəsait 593 Avro təşkil edib (artım olmayıb. Rus rublu ilə isə hesaba vəsait daxil olmayıb. Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.  ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM