Azərbaycan sinoptiklərindən şad xəbər

13:26 | 20.10.2014
Azərbaycan sinoptiklərindən şad xəbər

Azərbaycan sinoptiklərindən şad xəbər

Oktyabrın 22-23-dən başlayaraq Azərbaycanda hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.Məlumata görə, sabah ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 15-19 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM