Azərbaycan sülh danışıqları platformasından heç vaxt imtina etməyib - Nazir

15:09 | 19.08.2024
Azərbaycan sülh danışıqları platformasından heç vaxt imtina etməyib - Nazir

Azərbaycan sülh danışıqları platformasından heç vaxt imtina etməyib - Nazir

Rəsmi Bakı İrəvanla sülh müqaviləsi istiqamətində danışlar üçün heç vaxt müxtəlif platformalardan imtina etməyib. Bunu xarici işlər naziri Ceyhun Bayramov "İzvestiya” qəzetinə müsahibəsində bildirib. 
 
"Rusiya bizim üçün həmişə məqbul olub və təbii ki, bundan sonra biz bu platformadan istifadə etməyə hazırıq", - nazir bildirib. 
 
Hazırda Azərbaycanda olan Rusiya prezidenti də söyləyib ki, Moskva Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında töhfə verməyə hazırdır. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istiqamətində danışıqlar prosesi davam edir. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti