Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya çempionatı başa çatıb.
Yarışın son günündə aktivində 1 qızıl və 1 bürünc medal olan Azərbaycan millisinin daha iki üzvü fəxri kürsüyə yüksəlib.
Onun uğurunu 61 kq çəki dərəcəsindəki Yunis Hüseynov da təkrarlayıb. O, ardıcıl olaraq Joey Yusif (Livan), Gitiş (Hindistan) və Enes Duşkini (Monteneqro) mübarizədən kənarlaşdıraraq, yarımfinalda iştirak hüququ qazanıb. Finala gedən yolda Nika Qoqoberidze (Gürcüstan) ilə üz-üzə gələn Hüseynov məğlub olduğundan 3-cü yeri tutub.
Beləliklə, Azərbaycan millisi 77 ölkədən 670-dən çox idmançının qatıldığı və 4 gün davam edən mundialı 1 qızıl və 3 bürünc medalla başa vurub. Dostuyev və Hüseynovdan öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna sahib olub, Fuad Məhərləmli (45 kq) 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, milli komanda avqustun 2-də Vətənə qayıdacaq
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !