Azərbaycan təhsilində növbəti tragikomediya - FOTOLAR

12:23 | 11.02.2014
Azərbaycan təhsilində növbəti tragikomediya - FOTOLAR

Azərbaycan təhsilində növbəti tragikomediya - FOTOLAR

ANN.Az bir müddət əvvəl Azərbaycanın orta məktəblərində tədris edilən rus dili dərsliklərindəki ciddi qüsurlarla bağlı məlumat vermişdi. Müəllimlərin belə fikirlərini alt-üst edən bu qüsurlar çox böyük oxucu marağına səbəb olmuşdu.

Bu seriyadan daha 5 nümunə göstərməklə bu aktual mövzunu davam etdirmək niyyətindəyik. Sizə təqdim edəcəyimiz şəkillər "Facebook" sosial şəbəkəsindəki  «Куррикулум в Азербайджане» səhifəsindən götürülüb. 

4-cü sinif rus dili dərsliyi. Qız qalasından bəhs edən mətndə hansısa aşiq Erkin özünü Xəzərin dalğalarına atır, sonra isə o, necəsə olur sevgilisiylə görüşür və hətta aşiqlər öz münasibətlərini nigahla rəsmiləşdirirlər.

İkinci nümunə: Rus dili tapşırığında körpələrə yeni söz yaratmaq təklif edilir. Nümunə kimi uşaqlara bu qəlib verilib: "дача - ерундача" (bağ evi - cəfəngiyat)

Üçüncü şəkli Alena Muradova çəkib göndərib. 3-cü sinif Rus dili dərsliyi. Dərsliyin müəllifinin fikrincə, Hitler SSRİ-yə payızda hücum edib. 

Növbəti şəkil Suada Rəfiyevaya məxsusdur. 7-ci sinif ədəbiyyat dərsliyində Maqsud İbrahimbəyovla bağlı məqalədə Rüstəm İbrahimbəyovun fotosi yerləşdirilib. 

5-ci şəkil: 1-ci siniflər üçün riyaziyyat dərsliyində tapşırıq: 1+4=9

ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM