Azərbaycan telekanalında HƏYƏCANLI AN

11:28 | 08.11.2017
Azərbaycan telekanalında HƏYƏCANLI AN

Azərbaycan telekanalında HƏYƏCANLI AN

Dünən Zaurun aparıcılığını etdiyi "5/5" verilişi həyəcanlı anlara səhnə olub.

Milli.Az xəbər verir ki, aparıcı canlı yayıma Kamandar adlı pəhləvanı dəvət edib. Onun dırnaqlarındakı qurğu diqqətdən qaçmayıb. Canlı yayımda ilk dəfə olaraq dırnağından asılacağını deyən pəhləvanın sözləri studiyadakı qonaqları qorxudub. Müğənni Gülay sözügedən prosesi izləyə bilməyəcəyini öncədən bildirib.

Zaur Kamandara "Bəlkə təcili yardım çağıraq. Çünki qorxuram ki, dırnaqlarınız yuxarıda qalsın" sözləri ilə müraciət edib.

Kamandar cavabında aparıcıya "Bu ideya mənim öz beynimin məhsuludur. 96 kiloyam. İlk dəfə bunu burada sınayacam" deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti