Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, yeniyetmələrdən ibarət Azərbaycan millisi turnirdə həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunur.
Əvvəlcə oğlanların yarışı başlayıb. 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyanı məğlub edərək növbəti mərhələyə adlayıb. Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !