"Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib"- Müdafiə Nazirliyinin sözçüsündən AÇIQLAMA

13:11 | 13.07.2020

"Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib"- Müdafiə Nazirliyinin sözçüsündən AÇIQLAMA

Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib.

ANEWS.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, iyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib: "Mülki vətəndaşlar arasında heç bir itki yoxdur. Hal-hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb