Azərbaycan «Trendyol»dan ən çox mal alan ölkələr sırasındadır

14:17 | 18.03.2024
Azərbaycan «Trendyol»dan ən çox mal alan ölkələr sırasındadır

Azərbaycan «Trendyol»dan ən çox mal alan ölkələr sırasındadır

2024-cü ilin fevralında Azərbaycan və Səudiyyə Ərəbistanı "Trendyol" vasitəsilə ən çox türk malları alan ölkə olub. Bu barədə FED.az məlumat yayıb.

Cari ilin fevralında Türkiyə daxilində ən çox e-ixrac edilən şəhərlər isə İstanbul, Bursa, İzmir, Ankara, Adana, Qaziantep, Dənizli, Aydın, Mersin və Antalyadır.

Trendyol 2023-cü ilin mayından etibarən mikro ixrac həlləri sayəsində Türkiyədə 85 min satıcını ixracatçıya çevirib və 149 min məhsulun xaricə çatdırılmasına kömək edib.

«Trendyol»  şirkətinin idarə heyətnin sədri Erdem İnan bildirib ki, 2023-cü ildə şirkətin Azərbaycanda 1,3 milyon müştərisi olub və Azərbaycana 6,3 milyon ədəd sifariş çatdırıb.
 
2020-ci il avqustun 23-də gömrük limiti barədə Dövlət Gömrük Komitəsinin və Nazirlər Kabinetinin qərarı ilə xaricdən gətirilən malların limiti 1000 dollardan 300 dollara endirilib. Həmin qərarda bildirilib ki, vətəndaş ay ərzində bir neçə dəfə sifariş verə bilər, ancaq gətirdiyi malların ümumi həcmi 300 dolları keçməməlidir.

Ötən ilin  aprelin 29-da Türkiyədə keçirilən «TEKNOFEST» tədbiri çərçivəsində Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan "Trendyol” Azərbaycanın aparıcı biznes qrupu olan "PAŞA Holding” ilə müqavilə bağlayıb.
 
"Trendyol" Türkiyə şirkəti olsa da, Azərbaycanın e-ticarət sektorunda böyük yer tutur. 2022-ci ildə Azərbaycan "Trendyol”a daxil edilən beynəlxalq sifarişlərə görə birinci yerdə qərarlaşıb. Bundan əlavə, Trendyol tətbiqi 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqram olub.

 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM