Daha bir türk futbolçu Azərbaycana gələ bilər. ANS PRESS-in məlumatına görə, ötən mövsüm "Şanlıurfaspor" komandasında forma geyən Kağan Timurçin Konukla "Xəzər Lənkəran" maraqlanır. Komandanın baş məşqçisi Oğuz Çətin türk oyunçunu komandasına cəlb etmək niyyətindədir. Kağan Timuçin Konukun meneceri Tamer Özçam açıqlamasında 23 yaşlı futbolçunun ötən mövsümdə müqaviləsini dondurduğunu və hazırda azad agent statusunda olduğunu deyib. "Ötən gün Oğuz Çətin mənə zəng edərək Konuku heyətində görmək istədiyini deyib. Məncə qısa müddətdən sonra transfer həyata keçirilə bilər. İlk növbədə "Xəzər Lənkəran"ın təklifini dəyərləndirəcəyik. Bu alınmasa başqa təklifləri də baxacağıq. Mən Kağan Timuçin Konukun Oğuz Çətin ilə birlikdə uğurlu çıxış edəcəyinə inanıram. Hər iki tərəf üçün xeyirli olsun".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !