Azərbaycan Türkiyədə daha bir iri şirkət almaq istəyir

12:40 | 08.01.2014
Azərbaycan Türkiyədə daha bir iri şirkət almaq istəyir

Azərbaycan Türkiyədə daha bir iri şirkət almaq istəyir

 Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyədə daha bir şirkəti satın almaq niyyətindədir.«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ARDNŞ Avstriyanın OMV şirkətinin Türkiyədəki biznesinin 97%-nə sahib olan «Petrol Ofisi» şirkətini almaq fikrindədir. Məlumata görə, OMV Türkiyədə biznesinin əsas hissəsini sataraq bu ölkədəki bazardan çıxmaq qərarına gəlib. Bununla bağlı artıq şirkət iki güclü müştəri ilə danışıqlar aparır. Bunlardan birinin Türkiyədə «Petkim» və TANAP kimi layihələrə böyük məbləğdə yatırımlar edən ARDNŞ olduğu bildirilir. «Petrol Ofisi»ni almaq niyyətində olan ikinci şirkət isə «Shell» (İngiltərə-Hollandiya) şirkətidir. Məlumatda deyilir ki, Türkiyədə yanacaqdoldurma məntəqələri açmaq niyyətində olan ARDNŞ də geniş yanacaqdoldurma şəbəkəsinə malk olan şirkətin satın alınmasında maraqlıdır. OMV «Petrol Ofisi»ni tam olaraq ARDNŞ-ə sata bilsə Türkiyə bazarından çıxacaq. Lakin bu sövdələşmənin gözlənilən dəyəri hələ açıqlanmır. Danışıqlar baş tutmasa, şirkət səhmlərinin bir hissəsini «Shell»ə sataraq, daha bir müddət Türkiyə bazarında qalmalı olacaq. Xatırladaq ki, Avstriyanın enerji nəhəngi «Petrol Ofisi» şirkətinin 54,17%-lik səhmini «Doğan Grubu»ndan 1 mlrd. avroya satın alaraq 2010-cu ildə Türkiyə bazarına çıxıb. Sonradan şirkət bu payını 97%-ə çatdırıb. Bu gün OMV şirkəti Türkiyədə 61 şirkət və 12 526 ədəd yanacaqdoldurma məntəqəsi ilə fəaliyyət göstərir. Şirkət ötən il Türkiyədə benzin satışında 21,7%, mazut satışında 25,6% paya malik olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM