Azərbaycandan Türkiyəyə göndərilən təbii qaz azalıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycandan xaricə idxal olunan təbii qazın təzyiqində enmələr müşahidə edilir: “Dünən axşamdan etibarən Azərbaycan qazının təzyiqində enmə müşahidə olunur. İnşallah, bu enmə aradan qaldırılacaq. Azərbaycan qazının təziqinin yüksəlib, başqa ölkələrə də vermək üçün normaya dönməsini gözləyirik. Bu problemin qısa bir müddətdə aradan qaldırılması üçün azərbaycanlı qardaşlarımızla danışıqlara aparırıq.”
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !