​Azərbaycan Türkiyəyə daha çox sərmayə yatıran 6-cı ölkə olub

15:16 | 28.09.2015
​Azərbaycan Türkiyəyə daha çox sərmayə yatıran 6-cı ölkə olub

​Azərbaycan Türkiyəyə daha çox sərmayə yatıran 6-cı ölkə olub

Azərbaycan 2015-ci ilin yanvar-iyun aylarında Türkiyəyə ən çox investisiya yatıran ölkələrin siyahısında 6-cı yeri tutub. 

Azərbaycan investorlarının Türkiyə iqtisadiyyatına məcmu investisiyalarının həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 103 mln. dollar və ya 58% artaraq 281 mln. dollara çatıb.

"Report"un Türkiyə İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, 2015-ci ilin ilk yarısında Türkiyəyə ən çox kapital daxilolması Rusiya tərəfindən (752 mln. dollar) həyata keçirilib. Bununla da Rusiya keçən il lider olan Hollandiyanı qabaqlayıb. Hollandiyanın kapital qoyuluşu isə bu il 586 mln.dollar olub.

Qeyd edək ki, Azərbaycan Türkiyəyə kapital transfertlərində Böyük Britaniya, Yaponiya, Almaniya, Fransa və ABŞ kimi ölkələri geridə qoyub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM