Azərbaycanın Silk Way Airlines yükdaşıma aviaşirkəti və Ukraynanın Antonov dövlət müəssisəsi 10 ədəd An-178 təyyarəsinin alınması haqqında müqavilə imzalayıblar.
Müəssisə həmçinin Çin ilə təyyarənin birgə yığılması barədə müqavilə bağlayıb. Müqavilə Kiyevdə, An-178 təyyarəsinin ilk nümayiş uçuşu zamanı baş verib, Oxu.Az Defense Express xəbər verir.
Bütün təyyarələr Kiyevdə yığılacaq.
"Antonov” dövlət müəssisəsinin prezidenti – baş konstruktoru Dmitri Kivanın sözlərinə görə, hazırda bu təyyarə ilə bağlı ilkin sifariş paketi təxminən 100 ədəd təşkil edir. Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələri də təyyarəni almaqda maraqlıdırlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !