Azərbaycan Ukraynaya lazımi yardım göstərməyə hazırdır - Əliyev

Azərbaycan bundan sonra da Ukraynaya lazımi yardım göstərməyə hazırdır. Bunu Prezident İlham Əliyev Ukrayna Prezidentinə Müstəqillik Günü münasibətilə ukraynalı həmkarı Vladimir Zelenskiyə ünvanladığı təbrik məktubunda bildirib.
"Azərbaycan və Ukrayna arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımız arasında tarixən formalaşmış sıx dostluq və qarşılıqlı hörmət ənənələri ilə bağlıdır. Sevindirici haldır ki, bu iradədən irəli gələn və möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlərimiz birgə səylərimiz sayəsində dinamik şəkildə inkişaf edir və yeni mərhələyə qədəm qoyur. İnanıram ki, Azərbaycan-Ukrayna münasibətləri ötən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə əksini tapmış məqsəd və vəzifələrə uyğun olaraq bundan sonra da inkişaf edəcək”, - Azərbaycan XİN-in saytında dərc olunan məlumatda bildirilir.
"Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayırıq və gələcəkdə də lazımi yardımı göstərməyə hazırıq”, - deyə Əliyev vurğulayıb.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, ukraynalı həmkarı ilə birgə səylər nəticəsində Bakı və Kiyev bundan sonra da ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığı gücləndirəcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 