Azərbaycan Ukraynaya yardım göndərib - YENİLƏNİB

17:49 | 09.06.2023
Azərbaycan Ukraynaya yardım göndərib - YENİLƏNİB

Azərbaycan Ukraynaya yardım göndərib - YENİLƏNİB

Ukrayna dost Azərbaycan xalqına çox minnətdardır. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə bildirib. 
 
"Ukrayna dost Azərbaycan xalqına çox minnətdardırki, biz sizin qardaş çiyninizi, Ukraynaya göstərdiyiniz dəstəyi və yardımınızı bir daha hiss edirik",  - Kanevski deyib. 

Diplomatın sözlərinə görə, Kaxovskaya su elektrik stansiyasının partlaması nəticəsində Ukraynanın bir sıra şəhər və qəsəbələri su altında qalıb və bu gün orada xilasetmə işləri aparılır.

"Biz sizin dəstəyinizi bir daha hiss etdiyimiz üçün Azərbaycana çox minnətdarıq. Bu yardım bu gün Bakıdan Ukraynaya, oradan isə fəlakət zonasına çatdırılacaq. Bundan başqa, Azərbaycan tərəfi xilasetmə əməliyyatlarında iştirak edən maşınlar üçün gətiriləcək 20 ton yanacaq ayırıb”, -  səfir bildirib. 
 
------------------- 
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib.

Su boruları, suyun vurulması üçün su nasosları, xilasedici jiletlərdən ibarət humanitar ləvazimatlar bu gün təyyarə ilə Bakıdan Polşaya, oradan isə Ukraynaya çatdırılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM