2024-cü il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 69,7 milyard dollar təşkil edib. Bunun 58 milyard dolları Dövlət Neft Fondunun, qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının ehtiyatlarının payına düşüb. Bu barədə Report məlumat yayıb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 711 milyon ABŞ dolları və ya 1 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 627,8 milyon ABŞ dolları və yaxud 1,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 83,2 milyon ABŞ dolları və yaxud 0,7 % artım olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !