Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq tarixi məlum deyil, ancaq biz hər iki ölkənin paytaxtında bu məsələni müzakirə edəcəyik.
Modern.az saytının məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.
"Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində irəliləyiş hiss olunurmu” sualına cavabında o, deyib ki, Ermənistanın xarici işlər naziri, sonra isə prezident Serj Sərkisyanla görüşəcək: "Biz danışıqlar prosesindəki sonrakı addımlar barədə danışacağıq”.
Amerikalı həmsədr onu da qeyd edib ki, hər iki prezident dialoqun intensivləşdirilməsini bəyan edib, həmsədrlər isə bu müzakirə prosesini onlar üçün asanlaşdırmağa çalışacaqlar.
Ceyms Uorlik Yerevana iyunun 9-da axşam gəlib. Vasitəçilərin regiona sonuncu səfəri fevralın 9-da baş tutub.
Bizi sosial şəbəkələrdə izləyin !