Azərbaycan və Ermənistan XİN başçılarınınn Tehranda görüşü gözlənilir

17:44 | 20.10.2023
Azərbaycan və Ermənistan XİN başçılarınınn Tehranda görüşü gözlənilir

Azərbaycan və Ermənistan XİN başçılarınınn Tehranda görüşü gözlənilir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN başçısı Ararat Mirzoyan İranın paytaxtı Tehranda görüşə bilər. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
 
"Biz İran tərəfdən nazirlər səviyyəsində görüşlə bağlı dəvət almışıq. Hazırda iranlı həmkarlarımızla müzakirələr aparırıq. Yekun qərar barədə ictimaiyyətə açıqlama veriləcək. Türkiyə, Rusiya və İran nümayəndələrinin iştirakı ilə görüşlərin keçiriləcəyi ehtimal edilir”, - nazir müavini jurnalistlərə açıqlamasında bildirib.  

Politoloq Tural İsmayılov hesab edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tehran görüşündə iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yekun müzakirələr aparıla bilər.

"Nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin ilkin komponentlərinin imzalanması gözlənillir. Əlbəttə sülh sazişinin imzalanmasından əvvəl diplomatik rəhbərlərin, iki ölkə xarici işlər nazirlərinin müxtəlif platformalarda görüşlər keçirməsi vacib əhəmiyyətə malikdir. Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması üçün səmimi təşəbbüs göstərən platformaların nə qədər səmimi olması özü də müzakirə mövzusudur. İranın indiyə qədər Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı mövqeyinin səhih, ədalətin yanında olmağı ciddi sual doğuran məsələdir. İstənilən halda Azərbaycan bu günə qədər fərqli platformalarda görüşlərdən heç vaxt yayınmayıb. Buna görə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində və sülh sazişinin imzalanmasına doğru irəlləmədə bu görüş müstəsna rol oynaya bilər”, - politoloq əlavə edib.
 
İyunun 26-da Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda görüşəcəyi barədə Ermənistan XİN məlumat yayıb.

Azərbaycanla Ermənistan arasında iyunun 12-də xarici işlər nazirlərinin Vaşinqtonda görüşü keçirilməli idi. Lakin görüş müəyyən açıqlanmayan səbəblərdən təxirə salınıb. 

Sonuncu dəfə mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar olub. ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub.


Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM