Azərbaycan və Ermənistana çağırış: "Gərəkli addımı atın"

09:38 | 25.08.2014
Azərbaycan və Ermənistana çağırış: "Gərəkli addımı atın"

Azərbaycan və Ermənistana çağırış: "Gərəkli addımı atın"

"Hüquqi baxımdan cəsədlər hər hansı bir şərt irəli sürülmədən - hətta qarşı tərəfdən təşəbbüs gözləmədən - təslim edilməlidir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Azərbaycan və Ermənistana çağırış edib. Çağırışda Cenevrə Konvensiyası xatırladılıb və konvensiyanı imzalayan bütün ölkələrin belə bir addım atmaq məsuliyyəti daşıdığı vurğulanıb.Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ovanisyan erməni girovların geri qaytarılması üçün BQX-ə müraciət ünvanladıqlarını qeyd edib.Qeyd edək ki, Azərbaycan tərəfinə əsir düşən və bir gün sonra ürək çatışmazlığından ölən diversant Karen Petrosyanın cəsədi və 5 digər əsirlə kəlbəcərli girovlar Şahbaz Quliyev, Dilqəm Əhmədov və Həsən Həsənovun nəşinin dəyişdirilməsi istiqamətində müzakirələr aparılır.Baş nazirin müavini Əli Həsənov ötən həftə mediaya açıqlamasında ermənilərin bu dəyişdirmədən imtina etdiyini bildirmişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti