Azərbaycan Fransız Universitetinin yaradılması haqqında niyyət protokolu imzalanıb
Bu gün səhər Azərbaycan prezidenti İlham Əliyev və Bakıda işgüzar səfərdə olan Fransa prezidenti Fransua Olland arasında təkbətək görüş keçirilib.
APA-nın məlumatına görə, görüşdən sonra Azərbaycan və Fransanın Təhsil nazirlikləri arasında Azərbaycan Fransız Universitetinin yaradılması haqqında niyyət protokolu imzalanıb.
Qeyd edək ki, F. Olland Bakıya aprelin 24-də axşam gəlib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !