Azərbaycan və Fransa prezidentləri İlham Əliyevlə Fransua Olland mayın 11-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. APA-nın xəbərinə görə, Fransa prezidentinə İçərişəhər barədə məlumat verilib, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına daxil edildiyi bildirilib. İçərişəhərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Prezidenti Fransua Olland birgə nahar ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !