Azərbaycan və IFC maliyyə bazarının inkişafını müzakirə edib

20:00 | 26.01.2023
Azərbaycan və IFC maliyyə bazarının inkişafını müzakirə edib

Azərbaycan və IFC maliyyə bazarının inkişafını müzakirə edib

Maliyyə naziri Samir Şərifov Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Mərkəzi və Şərqi Avropa regionu üzrə yeni direktoru xanım Rana Karadşeh və onu müşayiət edən IFC-nin Cənubi Qafqaz regionu və Azərbaycan üzrə ofislərinin rəhbərləri ilə görüşüb.

Nazirlik xəbər verir ki, görüşdə Korporasiyanın ölkədə investisiya mühitinin təkmilləşdirilməsi, kənd təsərrüfatı rəqabətliliyi, maliyyə resurslarına çıxış, korporativ idarəetmə, kiçik və orta sahibkarlığın, maliyyə bazarının inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı, dənizdə külək enerjisi daxil olmaqla bərpa olunan enerji layihələri üzrə maliyyə-texniki dəstək layihələrinin əhəmiyyəti qeyd olunub.

R.Karadşeh ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək IFC-nin Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM