Azərbaycan və İran alternativ enerji layihələrini tezləşdirəcək

10:48 | 03.08.2015
Azərbaycan və İran alternativ enerji layihələrini tezləşdirəcək

Azərbaycan və İran alternativ enerji layihələrini tezləşdirəcək

Azərbaycan və İran alternativ enerji sahəsində birgə layihələrin reallaşdırılması məqsədilə işçi qrupu yaradıb.

Bu barədə Trend-ə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib.

O bildirib ki, işçi qrup İranın energetika naziri tərəfindən imzalanmış memorandum çərçivəsində yaradılıb: "İşçi qrup təşkilat məsələlərinin həll edilməsi ilə məşğul olacaq. Bundan başqa, həm də müxtəlif layihələr təklif edəcək, hər iki tərəfdən investor və mütəxəssislərin cəlb edilməsini müzakirə edəcək, Azərbaycan və İranda birgə səylərlə layihələr həyata keçirməyimiz üçün məsləhətlər verəcək. Memorandumda həmçinin bu ölkələrin hər birində reallaşdırılan və ya reallaşdırılması planlaşdırılan layihələr barədə məlumat mübadiləsi nəzərdə tutulur. Hazırda təşkilati məsələlər - birinci görüşün keçirilmə zamanı və məkanı, habelə işçi qrupun fəaliyyət planını müzakirə edirik”.

C.Məlikov qeyd edib ki, İranın nümayəndə heyətinin avqustun 3-4-də baş tutacaq səfəri çərçivəsində, çox güman, işçi qrupun fəaliyyətinin tezləşdirilməsi ilə bağlı məsələlər və bürokratik nüansların həll edilməsi müzakirə ediləcək: "Biz xüsusilə hidroenergetika və geotermal energetika sahələrində texniki məlumatların mübadiləsində maraqlıyıq. İştirak etməyi planlaşdırdığımız layihələr qlobal enerji sistemi ilə əlaqədardır. İran tərəfinə kiçik layihələr də təklif edəcəyik. Bu "Bir ev – bir elektrik stansiyası” layihəsidir. Bu sahədə artıq təcrübəmiz var və onu İranda reallaşdırmağa çalışacağıq”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM