"İran və Azərbaycan arasında dəmir yolu ilə yüklərin tranziti martdan etibarən 28 faiz artıb. Bu müddət ərzində İran və Azərbaycan arasında 645 min tona yaxın mal mübadiləsi aparılıb"-, o İran mətbuatına bildirib.
Bundan əvvəl 2022-ci il martın 21-dən 2023-cü il fevralın 22-dək İranla Azərbaycan arasında mübadilə edilən malların həcmini 501 min tondan çox olub.
Vəladi cari ilin 11 ayında dəmir yolu ilə ölkəyə 206 min tondan çox məhsul idxal edildiyini və bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 58 faiz artıdğını açıqlayıb.
Son 11 ayda Astara Dəmiryol Vağzalından 167 min tondan çox yük ixrac edilib.
Sitrus meyvələri, müxtəlif növ meyvələr, sement, kimya, kafel və əsas ərzaq məhsulları dəmir yolu ilə ölkədən Azərbaycana ixrac edilən əsas məhsullar olub.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !