Azərbaycan və İraq arasında birbaşa hava əlaqəsinin açılması məsələsi həll edilib. Bunu jurnalistlərə İraqın Azərbaycandakı səfiri Heydər əl-Barrak deyib.
Diplomatın sözlərinə görə, bu məsələnin əsas detalları razılaşdırılıb: "Aviareyslərin həftədə 4 dəfə həyata keçiriləcəyi gözlənilir".
Səfir qeyd edib ki, bu reyslərə görə aviabiletlərin qiyməti hələ müəyyən edilməyib.
APA
Bizi sosial şəbəkələrdə izləyin !