Azərbaycan və İtaliya yeni energi layihəsi imzalayıb

13:44 | 13.02.2023
Azərbaycan və İtaliya yeni energi layihəsi imzalayıb

Azərbaycan və İtaliya yeni energi layihəsi imzalayıb

İtaliyanın elektrik enerjisi sənayesi üzrə xidmət təminatçısı olan Ansaldo Energia və Azərbaycanın ən böyük elektrik enerjisi istehsalçısı Azərenerji arasında Bakıda müqavilə imzalanıb. Bu barədə İtaliya Sənaye Nazirliyi Twitter-də bildirib.

Nazirlik təfərrüatları açıqlamadan bildirib ki, saziş İtaliyanın sənaye naziri Adolfo Urso və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb.

Urso şənbə günü bildirib ki, İtaliya Azərbaycana dörd qaz turbininin satışı üzrə müqavilə imzalamağa hazırlaşır.

Bazar ertəsi Urso Azərbaycana səfər edib. Azərbaycan İtaliyanın ən mühüm enerji tərəfdaşlarından biridir.

Urso bazar ertəsi "il Messaggero" qəzetinə müsahibəsində İtaliyanın Rusiyadan idxal etdiyi qazı əvəz etmək üçün yeni idxal mənbələri axtardığını və bu ilin sonuna qədər Rusiya qazından asılılığını tamamilə azaltmaq niyyətində olduğunu bildirib.

İtaliya keçən il qazın 16%-ni, 2021-ci ildə isə 40%-ni Rusiyadan alıb.

Bazar ertəsi imzalanan  müqavilə İtaliyanın keçən ay Avropaya enerji idxalını artırmaq məqsədi ilə Liviya ilə 8 milyard dollarlıq qaz müqaviləsi imzalamasından sonra əldə edilib.

İtaliya Azərbaycan qazını ölkənin cənub-şərqindəki Apuliyaya gətirən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) gücünü iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq üzərində işləyir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM