Azərbaycan və Rusiya neftin tranziti ilə bağlı yeni müqavilə imzaladı

12:26 | 19.02.2014
Azərbaycan və Rusiya neftin tranziti ilə bağlı yeni müqavilə imzaladı

Azərbaycan və Rusiya neftin tranziti ilə bağlı yeni müqavilə imzaladı

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Rusiyanın «Transneft» şirkəti arasında yeni müqavilə imzalanıb.ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə uzunmüddətli danışıqlardan sonra ARDNŞ ilə «Transneft» şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. «Rusiya ərazisi vasitəsilə neftin nəqlinin bərpası Azərbaycan neftinin dünya bazarlarına ixrac marşrutlarının daha da şaxələndirilməsinə imkan verəcək», - deyə ARDNŞ-in rəsmi məlumatında bildirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM