Bakıda Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib, görüşdə iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsi qaldırılıb.Bu barədə Tacikistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, görüş zamanı elektron hökumətin və rəqəmsal texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsi, regional nəqliyyat kommunikasiyaları çərçivəsində əməkdaşlığın əlaqələndirilməsi məsələləri müzakirə edilib, o cümlədən Orta Dəhliz üzrə yük axınının artırılması məsələsinə toxunulub.Görüşün digər mövzusu Düşənbə-Bakı-Düşənbə marşrutu üzrə uçuşların bərpası olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !